A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
  • 528

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti

Sığorta , Life & Health Insurance , Multi-line Insurance , Property & Casualty Insurance

Aktuar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aktuar

  • Deadline 18 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Sığorta ehtiyatlarının formalaşdırılması, sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılması üzrə hesablama və təhlillərdə iştirak etmək.
  • Aktuar hesablamalar üzrə məsləhətlər vermək, risk qruplarının seçilməsi və tədqiqində iştirak etmək.
  • Sığorta məhsullarının zərərlilik dərəcəsini nəzərə almaqla yeni məhsulların hazırlanması və mövcud məhsulların modifikasiyasında iştirak etmək.
  • Sığorta qaydalarının və tariflərinin hazırlanması və əsaslandırılmasında dəstək göstərmək.
  • Maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesablama və təhlillərdə iştirak etmək.
  • Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanmasında və illik biznes plan layihəsinə aid aktuar məlumatların təqdim edilməsində iştirak etmək

Tələblər:

  • İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
  • Sığorta qanunvericiliyində nəzrədə tutulmuş aktuarilərin reyestrinə daxil olmalı;
  • Analitik düşüncə tərzi;
  • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
  • Sığorta qanunları bilmək;
  • MS Office programları üzrə biliklər;
  • Azərbaycan dili - əla, rus və ingilis dili arzuolunandır;

İş şərtləri:

  • Qrafik: 09:00- 18:00
  • İş günləri: 1-5
  • Tibbi sığorta qarşılanır
  • İş yeri: Azadlıq Prospekti 3
  • Ə/H: müsahibə əsasında

Maraqlanan şəxs CV-ni mövzuda "AKTUAR" qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilər.

  • Daily0
  • Weekly0
  • Monthly1900