A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
  • 725

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti

Sığorta , Life & Health Insurance , Multi-line Insurance , Property & Casualty Insurance

Hüquq Şöbəsinin Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquq Şöbəsinin Rəhbəri

  • Deadline 18 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas Vəzifələr:

Hüquqi idarəetmə və strateji nəzarət

  • Korporativ idarəetmə və hüquqi proseslərin strateji səviyyədə idarə olunması.
  • Şirkətin fəaliyyətinin bütün hüquqi tələblərə uyğunluğunu təmin etmək (qanunvericilik, normativ aktlar, MB tələbləri və s.).

Müqavilələrin və hüquqi sənədlərin ekspertizası

  • Şirkətin imzaladığı müqavilələrin hüquqi ekspertizasına nəzarət və hüquqi rəy verilməsi.
  • Hüquqi sənədlərin reyestrinin aparılması, saxlanması və yenilənməsinə nəzarət.

Hüquqi dəstək və məsləhət

  • Şirkətin rəhbərliyinə və struktur bölmələrinə hüquqi konsultasiyaların göstərilməsi.
  • Hüquqi hesabat və rəylərin hazırlanmasına rəhbərlik etmək.

Məhkəmə işlərinin idarə olunması

  • Şirkətin məhkəmə işlərinə rəhbərlik etmək, iddiaların hazırlanması və şirkətin məhkəmələrdə təmsil olunmasına nəzarət.
  • Məhkəmə qərarlarının icrası prosesinə nəzarət.

Subroqasiya proseslərinin idarə olunması

  • Subroqasiya strategiyasının formalaşdırılması və proseslərin təşkili.
  • Subroqasiya işlərinin təhlili, iddiaların hazırlanması və borcların toplanmasına nəzarət.

Qanunvericiliyin izlənməsi və compliance

  • Sığorta qanunvericiliyi və Mərkəzi Bankın normativ aktlarının monitorinqi.
  • Daxili qaydalar, davranış kodeksi və əməyin mühafizəsi üzrə hüquqi nəzarəti təmin etmək.

Komanda idarəçiliyi və işin koordinasiyası

  • Hüquqşünasların fəaliyyətinə rəhbərlik və iş yükünün düzgün bölüşdürülməsi.
  • Şöbənin digər bölmələrlə koordinasiyalı fəaliyyətini təmin etmək.

Tələblər

  • Ali hüquq təhsili;
  • Maliyyə sektorunda hüquqşünas kimi 4 il iş təcrübəsi,
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dilini bilmək arzu olunandır;
  • MS Office proqramlarını əla səviyyədə bilmək;
  • Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilmək (Məcəllə, normativ hüquqi aktlar, sığorta fəaliyyəti haqqında qanun və s.)

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
  • İş qrafiki: Tam ştat, 5 günlük iş həftəsi (09:00 – 18:00)
  • Tibbi sığorta: Şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: razılaşma yolu ilə müəyyən edilir 

Maraqlanan şəxs CV-ni, mövzuda “Hüquq şöbəsinin rəhbəri” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily12
  • Weekly611
  • Monthly1179