A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
  • 481

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti

Sığorta , Life & Health Insurance , Multi-line Insurance , Property & Casualty Insurance

It üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

It üzrə mütəxəssis

  • Deadline 4 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifələr:

  • İstifadəçilərə texniki dəstək göstərmək (kompüterlər, proqram təminatı, printerlər və s.);
  • Tələb/tiket sistemində müraciətlərin qeydiyyatı və cavablandırılması;
  • Kompüter və digər avadanlıqların quraşdırılması və texniki xidməti;
  • IT siyasətləri və informasiya təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
  • Sadə informasiya təhlükəsizliyi insidentlərinin aşkar edilməsi, araşdırılması və onların təkrar baş verməsinin qarşısının alınması;
  • İT xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə sistem administratoru və xarici texniki tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq;
  • İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi prosesində (o cümlədən "phishing", şübhəli linklər və digər kiber təhdidlər haqqında) iştirak etmək.

Tələblər:

  • IT sahəsində minimum 3 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemi, Microsoft Office proqramları, antivirus proqramları ilə işləmək bacarığına malikəm;
  • Linux əməliyyat sistemləri ilə işləmək bacarığı;
  • Aşağıdakı informasiya təhlükəsizliyi mövzularında ümumi anlayış:
  • "Phishing" və iki faktorlu autentifikasiya anlayışları, ehtiyat nüsxələrin əhəmiyyəti;
  • Son istifadəçi səviyyəsində informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi və nəzarəti (giriş icazələri, hüquqlar, şifrələr, istifadəçi hesabları).
  • Texniki məsələləri sadə və aydın şəkildə izah etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq.

Üstünlük hesab olunur:

  • "PowerShell" və ya digər skriptlərlə işləmə bacarığı;
  • Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;
  • IT təhlükəsizliyi layihələrində iştirak.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
  • İş qrafiki: Tam ştat, 5 günlük iş həftəsi (09:00 – 18:00)
  • Tibbi sığorta: Şirkət tərəfindən təmin olunur

Maraqlanan şəxs CV-ni, mövzuda “It üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily10
  • Weekly673
  • Monthly553