A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
  • 289

A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti

Sığorta , Life & Health Insurance , Multi-line Insurance , Property & Casualty Insurance

Komplayens şöbəsinin əməkdaşı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komplayens şöbəsinin əməkdaşı

  • Deadline 6 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
  • Tibbi sığorta təmin olunur
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3

Vəzifə öhdəlikləri:

  • Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı riskləri müəyyən etmək və bu barədə hesabatlar hazırlamaq.
  • Komplayens risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üçün daxili prosedurlar hazırlamaq və tətbiqini təmin etmək.
  • Siyasət və qaydaların inventarizasiyasını aparmaq və onların düzgün icrasına nəzarət etmək.
  • Əməkdaşlar üçün komplayens risklərinə dair təlim proqramları hazırlamaq və icrasını təşkil etmək.
  • Maraqlar münaqişəsini müəyyənləşdirmək və dövri olaraq qiymətləndirmək.
  • Yeni məhsul və xidmətlərin qanunvericiliyə uyğunluğunu qiymətləndirmək və uyğun rəyin alınmasını təmin etmək.
  • Sanksiyalar, məhkəmə qərarları və tənzimləyici göstərişlərin icrasına nəzarət etmək və bu barədə müvafiq komitələrə hesabat təqdim etmək

Tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Maliyyə sektorunda, xüsusilə hüquqi funksiyalar sahəsində ən azı 4 illik peşəkar iş təcrübəsi;
  • Azərbaycan dilində səlis, ingilis dilində yüksək, rus dilində isə orta səviyyədə danışıq və yazı bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Word və Excel-dən orta səviyyədə istifadə bacarığı;
  • Güclü analitik düşünmə, risklərin qiymətləndirilməsi və qərarvermə bacarığı;
  • Diqqətcil, məsuliyyətli və detallara önəm verən iş yanaşması;
  • Komandada işləmək və struktur bölmələrlə effektiv əlaqə qurmaq bacarığı

Maraqlanan şəxs, mövzuda “KOMPLAYENS” qeyd etməklə, CV-ni Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər.

  • Daily92
  • Weekly557
  • Monthly676