İş barədə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
- Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
- Tibbi sığorta təmin olunur
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
Vəzifə öhdəlikləri:
- Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı riskləri müəyyən etmək və bu barədə hesabatlar hazırlamaq.
- Komplayens risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üçün daxili prosedurlar hazırlamaq və tətbiqini təmin etmək.
- Siyasət və qaydaların inventarizasiyasını aparmaq və onların düzgün icrasına nəzarət etmək.
- Əməkdaşlar üçün komplayens risklərinə dair təlim proqramları hazırlamaq və icrasını təşkil etmək.
- Maraqlar münaqişəsini müəyyənləşdirmək və dövri olaraq qiymətləndirmək.
- Yeni məhsul və xidmətlərin qanunvericiliyə uyğunluğunu qiymətləndirmək və uyğun rəyin alınmasını təmin etmək.
- Sanksiyalar, məhkəmə qərarları və tənzimləyici göstərişlərin icrasına nəzarət etmək və bu barədə müvafiq komitələrə hesabat təqdim etmək
Tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Maliyyə sektorunda, xüsusilə hüquqi funksiyalar sahəsində ən azı 4 illik peşəkar iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis dilində yüksək, rus dilində isə orta səviyyədə danışıq və yazı bacarığı;
- MS Office proqramlarından, xüsusilə Word və Excel-dən orta səviyyədə istifadə bacarığı;
- Güclü analitik düşünmə, risklərin qiymətləndirilməsi və qərarvermə bacarığı;
- Diqqətcil, məsuliyyətli və detallara önəm verən iş yanaşması;
- Komandada işləmək və struktur bölmələrlə effektiv əlaqə qurmaq bacarığı
Maraqlanan şəxs, mövzuda “KOMPLAYENS” qeyd etməklə, CV-ni Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər.