İş barədə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
- Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
- Tibbi sığorta təmin olunur
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
Vəzifə öhdəlikləri
- Sığortaçının risk profilini və risklərin idarə edilməsi sisteminin effektiv işləməsini təmin etmək və bu barədə rəhbərliyə mütəmadi məlumat vermək.
- Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq və yeniləmək.
- Riskin ölçülməsi modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək və nəticələr üzrə təhlillər aparmaq.
- Sığortaçının maliyyə dayanıqlılığı və risklərin limitlər daxilində qalmasına nəzarət etmək.
- Risklərin vaxtında müəyyən edilməsi və tədbir görülməsi üçün erkən xəbərdarlıq sistemlərini qurmaq və idarə etmək.
- Strateji layihələr, böyük investisiyalar və sığortaçının yenidən təşkili ilə bağlı riskləri qiymətləndirmək və rəhbərliyə məsləhətlər vermək.
- Hər bir struktur bölmə üzrə risk limitlərini izləmək və ümumi risklərin müəyyən edilmiş çərçivədə qalmasına nəzarət etmək.
Tələblər
- Maliyyə, hüquq ixtisası üzrə ali təhsil;
- Risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə azı 4 (dörd) illik peşəkar iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis dilində yüksək, rus dilində isə orta səviyyədə danışıq və yazı bacarığı;
- MS Office proqramlarından, xüsusilə Word və Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
- Güclü analitik düşünmə, risklərin qiymətləndirilməsi və qərarvermə bacarığı;
- Diqqətcil, məsuliyyətli və detallara önəm verən iş yanaşması;
- Komandada işləmək və struktur bölmələrlə effektiv əlaqə qurmaq bacarığı
Maraqlanan şəxs, mövzuda "Risklərin idarəedilməsi şöbəsinin rəhbəri” qeyd etməklə, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.