Sığorta şirkətimiz satış şöbəsinə gənc, aktiv və məqsədyönlü əməkdaşlar axtarır!
Əgər sən:
- Gənc və ambisiyalısan;
- Azərbaycan və rus dillərini sərbəst bilirsən;
- Satmağı bacarırsan və müştərilərlə işləməyə hazırsan;
- Aktiv, ünsiyyətcil və məsuliyyətlisənsə — biz səni komandamızda görmək istəyirik!
Namizədlərə tələblər:
- Əsasən oğlan namizədlər, mümkün olduqda hərbi xidmətdə olmuş;
- Təhsil — orta ixtisas və ya ali (sığorta sahəsini bilənlərə üstünlük verilir);
- Sığorta barədə anlayış olmalıdır.
Təklif edirik:
- TƏCRÜBƏ PROQRAMI - Əmək Məcəlləsinə uyğun rəsmilləşdirmə;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şərait;
- Stabil və peşəkar komandada iş;
- Təlim və öyrədilmə şirkətin təcrübəli əməkdaşları tərəfindən həyata keçirilir.
- Əmək haqqı: 350 AZN
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
Qeyd: İşə qəbul yalnız bütün müsahibə və test mərhələlərindən uğurla keçən namizədlərə təklif olunacaq.
Maraqlanan şəxs “Satış üçün TƏCRÜBƏ PROQRAMI” qeyd etməklə, CV-ni Müraciət Et düyməsində qeyd olunan electron poçt ünvanına göndərə bilər.