İş barədə məlumat
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00–18:00
- Əmək münasibətləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
- Sosial paket: Tibbi sığorta
- Əmək haqqı: Müsahibə əsasında razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri
- Server və şəbəkə avadanlıqlarının inzibatçılığı və fasiləsiz işini təmin etmək
- İT infrastrukturunda yaranan mürəkkəb texniki problemlərin həlli (L3 Technical Support)
- İstifadəçi hesablarının yaradılması, idarəsi və təhlükəsizliyinə nəzarət
- Active Directory, Group Policy, VPN və korporativ proqram təminatının idarə olunması
- Backup və bərpa proseslərinin təşkili və nəzarəti
- Antivirus və təhlükəsizlik sistemlərinin tətbiqi, monitorinqi
- İT avadanlıqlarına texniki baxış, nasazlıqların aradan qaldırılması
- Beynəlxalq İT standartlarına uyğun prosedurların hazırlanmasında iştirak
Namizədlərdən tələblər
- İT, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Windows Server və Linux əməliyyat sistemlərinin inzibatçılığı üzrə bilik və təcrübə
- Switch, router, firewall və digər şəbəkə avadanlıqları ilə iş bacarığı
- Active Directory, Group Policy, Office 365 və Exchange üzrə biliklər
- Backup/restore əməliyyatlarında praktiki təcrübə
- Şəbəkə təhlükəsizliyi prinsipləri və beynəlxalq İT standartları üzrə biliklər
Maraqlanan şəxs mövzuda "Sisadmin" qeyd etməklə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərə bilər.