Vəzifə öhdəlikləri
- Ekspertizanın yerində keçirilməsi məqsədi ilə təhkim olunmuş klinikalara aylıq səfərlər etmək;
- Cari problemlərin müəyyən edilməsi məqsədilə klinikaların sığorta şöbələri və bilavasitə müalicə edən həkimlərlə, o cümlədən sığortalılarla əlaqələr yaratmaq, klinikalarda sığortalıların maraqlarını təmsil etmək;
- Tibbi-iqtisadi ekspertiza aktlarının hazırlanmasında iştirak etmək;
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələləri həll etmək;
- Tibb müəssisəsi ilə sığorta olunan arasında yaranmış tibbi xidməti təşkil etmək ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasını, təhlilini və aradan qaldırılmasını təmin etmək;
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin: diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibbi personal ilə görüşlər keçirmək.
Tələblər:
- Ali tibb təhsili;
- Tibbi sahəsində 2 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək.
İş şəraiti
- İş rejimi: 5 günlük, 09.00-18.00-dək
- Tibbi Sığorta qarşılanır.
Maraqlanan şəxslər “TİBBİ EKSPERT” qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.