A - Group Insurance Company A - Group Insurance Company
  • 855

Anderraytinq üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anderraytinq üzrə aparıcı mütəxəssis

  • Deadline 6 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • İş rejimi: 5 günlük, 09.00-18.00
  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  • Tibbi sığorta qarşılanır.
  • Əmək haqqı: 1300 azn

 Vəzifə öhdəlikləri

 Sığorta təkliflərin hazırlanması üzrə 

  • Satış departamentindən və ya müştəridən birbaşa daxil olan sorğuları qiymətləndirmək;
  • Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən etmək. Müvafiq hallar müəyyən edilərsə “Risklərin fakultativ təkrarsığortaya ötürülməsi” bəndinə müvafiq olaraq hərəkət etmək;
  • Yekun olaraq daxil olan sorğu üzrə sığorta şərtlərini şöbə müdiri ilə təsdiqləyərək sığorta təklifini hazırlamaq və müraciət sahibinə təqdim etmək. 

Risklərin fakultativ təkrarsığortaya ötürülməsi üzrə

  • Risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən edildiyi halda sığorta predmeti üzrə lazımi məlumatları təkrarsığortaçılara ünvanlamaq və onlardan təkliflər almaq;
  • Təkrarsığortaçılardan alınan təklifləri daxili tələblərə uyğun qiymətləndirmək və şöbə müdirinə təqdim etmək. (Qərar verildikdən sonra sığorta təklifini hazırlamaq);
  • Qəbul edilmiş təklif üzrə fakultativ təkrarsığorta slipini tərtib etmək və şöbə müdiri ilə razılaşdırmaq;
  • Təkrarsığortaçı tərəfindən təqdim edilmiş hesab fakturanın xidmət dəyərinə uyğunluğunu yoxlamaq və ödənişin həyata keçirilməsi üçün İdarə Heyəti sədrinin təsdiqinə təqdim etmək;
  • Təkrarsığortaya ötürülmüş risklər üzrə dəyişiklik tələb edildikdə, belə dəyişiklikləri Təkrarsığortaçılarla razılaşdırmaq və Əməliyyatlar və müştəri xidmətləri şöbəsi tərəfindən sığorta müqaviləsinə müvafiq əlavənin hazırlanmasından sonra təkrarsığorta müqavilələrinə də müvafiq əlavələrin hazırlanmasını təmin etmək.

Təkrarsığorta müqaviləsinə xitam verilməsi üzrə 

  • Ötürülən risklər üzrə müqaviləyə xitam zamanı razılaşmanı hazırlamaq və təkrarsığortaçı ilə razılaşdımaq. 

Tələblər

  • Ali təhsil;
  • Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaq;
  • Azərbaycan dilini əla, İngilis dilini orta və rus dilini orta səviyyədə bilmək;
  • Kompüter proqramlarından istifadə etmək bacarığı  (MS Office –Word-orta, Excel-orta səviyyədə);
  • Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür;
  • Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üzrə ən azı 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti, riyazi hesablama bacarığı və işində diqqətli olmaq.

Maraqlana şəxs, mövzuda “Anderraytinq üzrə aparıcı mütəxəssis” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.

  • Daily0
  • Weekly543
  • Monthly2387