Vəzifə öhdəlikləri
- Dərman limitlərinə nəzarət;
- Apteklərə ödənişlər üzrə aylıq hesabatların təqdim edilməsi (hər ayın 15-dən gec olmayaraq)
- Dərman vasitələri haqqında hesabatın hazırlanması;
- Evə çatdırılma və tibb məntəqələri haqqında hesabatın hazırlanması;
- Dərmanlar üzrə geri ödənişlər üzrə aylıq hesabların hazırlanması;
- Sığortalılara verilən dərmanların uçotunun aparılması;
- Apteklərin sığortalı pasientlərlə iş barədə təlimatlandırılması, yaranmış problem və ya müştəri narazılığının aradan qaldırılması
- Reseptlərin düzgün yazılışına,sorğunun tam təfərrüatı ilə qeyd olunmasına nəzarət.
- Subpodratçı apteklər tərəfindən təqdim olunan reyestrlərin və hesab-fakturaların tibbi və maliyyə yoxlanışı, təkrarların, xidmətlərin razılaşdırılmış qiymət cədvəlinə uyğunsuzluqların, diaqnoz üçün reseptlərdə uyğunsuzluqların, sığorta planına daxil olmayan preparatların müəyyən edilməsi.
- Dərmanların orta hesabını hesablamaq, tibbi ekspertlərlə daim əlaqə saxlamaq və onlara bahalı reseptlər və bahalı dərmanlar yazan həkimlər barədə dərhal məlumat vermək, ödənişləri azaltmaq üçün tədbirlər görmək;
- Yeni müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması və apteklərin ekspert qiymətləndirilməsi;
İş şəraiti
- İş rejimi: 5 günlük
- Əmək haqqı: 1050 man.
- Tibbi sığorta qarşılanır
Tələblər:
- Alı Tibb Təhsili (Əczaçılıq);
- Sığorta və əczaçılıq sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Güclü ünsiyyət qurmaq bacarığı;
- Müştəri yönümlü, stressə davamlı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Komandada işləmək bacarığı;
- Detallara diqqət yetirmək bacarığı.
CV-ni email ünvanına göndərə bilərsiniz.