İş barədə məlumat:
- İş rejimi 2 növbəlidir
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
- Tibbi sığorta qarşılanır.
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə gələn zənglərin operativ şəkildə və mülayim,pozitiv səs tonu ilə cavablandırmaq;
- Xidmətlərin sığortalıya vaxtında göstərilməsini təmin etmək;
- Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirmək və keyfiyyətli tibbi xidməti təşkil etmək;
- Məlumatları bazada düzgün qeydiyyata almaq;
- Klinikadan gələn sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;
- Çətin vəziyyətlərdə və ümumiyyətlə həkim-koordinatorun səlahiyyətindən çıxan məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) daha səlahiyyətli şəxsə ötürmək;
- Klinikalarda həkim rəyi əsasında hospitalizasiya xidmətini təşkil etmək;
- Təcili yardım və təxliyəni mövcud prosedura riayət etməklə operativ təşkil etmək;
- Cərrahi əməliyyat təyinatı olduqda ekspertlərə düzgün informasiyanın ötürülməsini təşkil etmək;
- Aptek, klinika, optika müraciətlərini cavablandırmaq;
- Araşdırılmalı hadisələri, şikayətləri ekspertlərin araşdırması üçün jurnala düzgün və səliqəli qeyd etmək;
- Bütün əlaqə vasitələrindən gələn müraciətləri cavablandırmaq (WhatsApp, e-mail, sms, mobil tətbiq, sayt, sos).
Tələblər:
- Alı Tibb Təhsili;
- Sığorta sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Güclü ünsiyyət qurmaq bacarığı;
- Müştəri yönümlü, stressə davamlı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Komandada işləmək bacarığı;
- Detallara diqqət yetirmək bacarığı.
Uyğun namizədlər CV-ni qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz