A-kond 1 MMC A-kond 1 MMC
  • 154

A-kond 1 MMC

Construction

İsitmə, Ventilyasiya,Kondisionerləşdirmə, Su təchizatı və Kanalizasiya (İVK SK) Sistemləri üzrə Layihəçi Mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İsitmə, Ventilyasiya,Kondisionerləşdirmə, Su təchizatı və Kanalizasiya (İVK SK) Sistemləri üzrə Layihəçi Mühəndis

  • Deadline 5 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə Tələblər:

  • Mühəndislik, inşaat və ya əlaqədar sahələr üzrə ali texniki təhsil;
  • İVK, AYS, Su və Kanalizasiya sistemləri layihələndirmə sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Word, Excel), AutoCAD, HAP, (REVIT BIM təcrübəsi üstünlükdür);
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (Texniki Rus və İngilis dili üstünlükdür);
  • Komanda daxilində əməkdaşlıq etmə və müstəqil işləmə qabiliyyəti;
  • Texniki sənədlərin hazırlanması( MAR, ITP, MOS, BOQ və s) və hesabatların tərtibi üzrə bacarıqlar.(isitmə soyutma hesabatları(SNİP, AZDTN , ASHRAE(HAP)), FAN, Nasos təzyiq itikisi hidravlik hesabı və  istifadə suyunun (isti və Soyuq suyun saatliq/saniyəlik itkisinin təyini,) müvafiq parametrlərdə cihazların seçilməsi)

Əsas Vəzifələr və Öhdəliklər:

  • Yaşayış, Ictimai, Sənaye və digər təyinatlı bina və obyektlərdə  İVK, Su təchizatı və Kanalizasiya sistemlərinin yerli norma və standartlara uyğun layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
  • Layihənin texniki tələblərinə uyğun avadanlıq seçilməsi və material sərfinin(BOQ) hesablanması;
  • Müştəri tələblərinə/şərtnaməsinə uyğun istilik itkiləri/qazancı hesablanması, Su və Kanalizasiya sistemləri üzrə hesabatlar, Tüstüsorma və Basınclandırma hesabatları, müştəri şərhlərinin konsepsiyaya və layihəyə tətbiq edilməsi, həmçinin Azdtn SMACNA, ASHRAE, BS, DW144, DW172, NFPA, SNIP və digər standartlara uyğun konseptlərin hazırlanması.
  • Müştəri tərəfindən təqdim edilmiş yekun cizgilərin nəzərdən keçirilməsi, Işçi layihələrin(Shop drawing) hazırlanması.
  • Məqsədləri dəqiqləşdirmək və problemləri həll etmək üçün lazım olduqda müştəri görüşlərində iştirak etmək. Podratçı/Müştəri təşkilatlardan rəy və iradların alınması, uyğun olaraq düzəlişlərin aparılması;

İş barədə məlumat:

  • İş qrafiki: həftə içi 5 gün 09:00-18:00 ; Şənbə qısa iş günü.
  • Qeyri-iş günü: Bayram və bazar günləri
  • Əmək haqqı: Bilik və bacarığa uyğun razılaşdırılacaq
  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.  

Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Ünvan: Babək Prospekti 38a. Akond Engineering CJSC

  • Daily0
  • Weekly661
  • Monthly668