MEP layihələrində/Sahədə mexaniki və elektrik sistemlərinin sahə əməliyyatlarına nəzarət etmək üçün MEP Koordinatoru axtarılır.
Bu vəzifə missiya baxımından Kommunikasiya sistemlərinin ( SU, Kanalizasiya, Yangin Söndürmə, İsitmə Soyutma, Havalandırma, Kondisionerləşdirmə, Güc Elektrik, Zəif axım Sistemləri) təhlükəsiz, qrafikə uyğun və yüksək keyfiyyətlə quraşdırılmasını təmin və təşkil edir.
Vəzifənin Təsviri:
Bu rol mühəndislik, istismara vermə, subpodratçılar və sifarişçi nümayəndələri arasında əsas əlaqələndirici funksiyasını yerinə yetirir, Dizayn edilmiş layihələrin mövcud icra prosesinə düzgün şəkildə tətbiq edilməsindən obyektin təhvilinə qədər sahədə koordinasiyanı idarə edir, texniki problemləri həll edir, layihə tələblərinə ciddi riayət olunmasını, Müqavilədə qeyd olunan adamsaatlarına uyğun işçi sayını təyin edib , iş bölgüsünün edilməsində iştirak etmək, işlərin sahə prioritetlərinə uyğun şəkildə planlanması, plandan kənara çıxmamaq , mal material, təminatla bağlı məsələləri dərhal işiqlandırılması, mütəmadı olaraq işlərin plandan kənarlaşmasına təsir edəcək faktorları aradan qaldırmaqda, Senior Project Managerə/Rəhbərliyə gündəlik/həftəlik raporların verilməsində məsuliyyətlidir.
Əsas Vəzifə və Məsuliyyətlər:
Mexaniki və elektrik sistemləri ilə bağlı olaraq:
- Layihə üzrə mexaniki və elektrik məsələlərinin həlli üçün mühəndislər, layihəçilər, subpodratçılar, təchizatçılar, nəzarətçilər, digər heyət üzvləri və sifarişçi nümayəndələri ilə əlaqələndirici şəxs kimi çıxış etmək.
- Mühəndislik, koordinasiya, quraşdırma, işə salma, sınaq, komissioninq və təhvil mərhələlərini əhatə edən bütün sahələr və sistemlər üzrə kompleks iş qrafikləri hazırlamaq. Planlama mühəndisi ilə mütəmadi bu raporları yeniləmək və kənarlaşmalar/gecikmələr olduqda aradan qaldırmaq üçün tədbirlər planı hazırlayıb tətbiq etmək.
- İşlərin gedişatını layihə qrafiki ilə müqayisəli şəkildə müntəzəm izləmək üçün uyğun nəzarət alətləri yaratmaq və tətbiq etmək.
- Subpodratçıların aylıq ödəniş tələblərini qiymətləndirmək və təsdiqləmək, qalan işlər üçün tələb olunan maliyyə və işçi qüvvəsini düzgün analiz etmək.
- MEP komandasının lideri kimi çıxış edərək tabeliyində olan əməkdaşlara mentorluq və rəhbərlik etmək.
- Sahədə yaranan logistik və texniki problemləri MEP Koordinasiya komandasına vaxtında bildirmək və əvvəlcədən planlaşdırılmış həllərin hazırlanmasına şərait yaratmaq.
- Müvəqqəti əməliyyatlar daxil olmaqla, iş bölgüsü və məsuliyyətlərin dəqiq göstərildiyi iş həcmi sənədlərini hazırlamaq.
- Bütün işlərin müqavilə sənədlərinə və təsdiq olunmuş submittallara uyğun icra olunmasını MEP mühəndisi ilə koordinasiya vasitəsilə təmin etmək.
- Sahə işlərini əvvəlcədən planlaşdırmaq və iş sahələrinin hazır vəziyyətə gətirilməsini təmin etmək.
- İşçi qüvvəsinin düzgün bölgüsünü və prioritet sistemlər üzrə işləməsini nəzarətdə saxlamaq, layihə müddəti boyunca işçi qüvvəsi yüklənməsi və fəaliyyətlər üzrə dəqiq hesabat aparmaq.
- Mexaniki və elektrik sistemləri ilə digər ixtisas sahələri arasında yaranan konfliktlər üçün texniki həllər hazırlamaq.
- MEP mühəndisi ilə birlikdə işə salma, sınaq, komissioninq, yekun sənədləşmə və obyektin təhvili prosesinə birgə rəhbərlik etmək.
- Çətin quraşdırma tələblərini vaxtında müəyyən edib sahə heyətini məlumatlandırmaq ki, düzgün planlama və icra təmin edilsin.
- MEP mühəndisi ilə birlikdə keyfiyyətə nəzarət planını hazırlamaq və tətbiq etmək.
Tələblər:
- Mühəndislik üzrə bakalavr dərəcəsi və mexaniki-elektrik sistemləri sahəsində minimum 4 il müvafiq iş təcrübəsi və ya buna ekvivalent təhsil və təcrübə.
- Şirkətin layihə portfelində olan müxtəlif tip obyektlərdə tətbiq olunan bütün mexaniki və elektrik sistemləri və onların qarşılıqlı əlaqəsi üzrə dərin texniki bilik.
- Əla şifahi və yazılı ünsiyyət bacarıqları, təşkilati qabiliyyət, kompüter proqramlarında işləmə bacarığı və vəzifələrin effektiv planlaşdırılması və icrası üçün biznes düşüncə tərzi.
- Yüksək performanslı komandanın formalaşdırılması və inkişafını təşviq edən liderlik xüsusiyyətləri.
İş barədə məlumat:
- 6 günlük iş rejimi
- Vacib Qeyd: İlkin olaraq MEP Koordinator vəzifəsi hal-hazırda davam Otel Layihəsində tələb edilir, Layihə Kəlbəcər Rayonundadır.
- Əmək haqqı: Bilik və bacarığa uyğun razılaşdırılacaq
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə (MEP Koordinatoru) Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərsinlər.
Ünvan: Babək Prospekti 38a. Akond Engineering CJSC