Vəzifə öhdəlikləri:
- Mağazaların təhlükəsizlik kameraları və sensor sistemləri vasitəsilə müşahidəsini aparmaq;
- Şübhəli halları vaxtında müəyyən etmək və operativ tədbir görmək;
- Təlimata uyğun olaraq obyektlərin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
- Hadisələr barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Kamera görüntülərinin qeydiyyatını və arxivləşdirilməsini təmin etmək.
Namizəd üçün tələblər:
- Yaş həddi: 25–40 yaş;
- Yalnız bəy namizədlər;
- Bu sahə və ya oxşar sahə üzrə minimum 1 il iş təcrübəsi (Kamera nəzarəti üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Diqqətli, məsuliyyətli və çevik olmaq;
- Kollektivdə işləmək bacarığı;
- İş qrafiki: növbəli (08:00–17:00 və 13:00–22:00).
Şərtlər:
- İş yeri: Bəşir Bünyadov küç. 12;
- Əmək haqqı: 800 AZN.
Komandamıza qoşulmaq istəyən namizədlər, mövzu hissəsində “Kamera nəzarətçisi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.