İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı;
- Məsuliyyətli olmalı;
- Yüksək ünsiyyət və özünüifadəetmə bacarığı olmalı;
- İş təcrübəsi: 3 ildən çox(Qeyd edilən vəzifə üzrə);
- Yaş: 25-45;
Vəzifə öhdəlikləri:
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində
olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
- Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir;
- Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə,
oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
- Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
- Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
- İşçilərin və özünün həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir;
- Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir.
İş şərtləri:
- Əmək haqqı: 1000-1400
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: növbəli
- İstirahət günləri: Həftə ərzində 1 dəfə.
Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Müdir müavini” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).