A+A Security A+A Security
  • 309

A+A Security

Mühəndislik

Korporativ satış üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ satış üzrə mütəxəssis

  • Deadline 10 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ nəqliyyat üçün GPS həllərin satışını edəcək dinamik və perspektivli peşəkar satış nümayəndəsi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • GPS izləyiciləri, sensorlar və digər monitorinq həllərinin təşviqi və satışı.
  • Müştərilərlə danışıqlar aparmaq: məhsul təqdimatından müqavilə bağlanmasına qədər.
  • Müştəri bazasının genişləndirilməsi və müştərilər ilə uzunmüddətli münasibətlərin qurulması.
  • Müştərilərə monitorinq sistemindən istifadənin ilkin mərhələsində dəstək göstərilməsi.
  • Satış planlarının yerinə yetirilməsi.

Təklif edirik:

  • Sabit gəlir: əsas əmək haqqı + avadanlıqların satışından yüksək faizlər
  • Bonuslar: planların yerinə yetirilməsi və artıqlaması ilə icrasına görə əlavə bonuslar.
  • Karyera yüksəlişi üçün imkanlar.
  • Məhsular və həllər üzrə təlim və işə başlamaqda dəstək.
  • Yüksək tələbatlı həlləri olan nüfuzlu bir şirkətdə iş imkanı.

Bizə uyğun olan namizəd:

  • Satış sahəsində (xüsusilə B2B) ən azı 3 il təcrübə.
  • GPS, IT, texnologiya və ya avtomobil sahəsinə maraq
  • Ünsiyyət və inandırma bacarıqları
  • Azərbaycan dili – səlis (rus və ingilis dili üstünlükdür)
  • Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq
  • Müştəriləri aktiv axtarmaq və danışıqlar aparmaq bacarığı.
  • Satış sahəsində böyümək və inkişaf etmək arzusu.
  • Ünsiyyətcil, müştərinin tələblərini dinləmə və başa düşmə qabiliyyəti.
  • GPS sistemlərinin əsas prinsiplərini bilmək üstünlükdür
  • Azərbaycan və Rus dilləri mütləqdir
  • Yaş həddi 25-45 (bəy namizəd)

İş şərtləri:

  • İş qrafiki: saat 09:00-dan 18:00-dək (5 günlük iş həftəsi).
  • İstirahət günləri – şənbə və bazar günləri 
  • Ezamiyyətlər nəzərdə tutulmuşdur
  • Rahat mühitə malik mərkəzdə yerləşən ofis.
  • Təşəbbüsü və nəticələri qiymətləndirən peşəkar komandada işləmək imkanı.

İşinin peşəkarı olub 5+il təcrübəsi olan namizdələr əlavə iş yeri kimi də müraciət edə bilərlər!

Biz sizə yalnız qazanc əldə etmək deyil, həm də peşəkar inkişaf etmək üçün şərait yaradırıq!

Əgər maraqlı bir məhsulla işləmək və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi "Satış üzrə mütəxəssis" başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Komandamıza qoşulun və uğurlu şirkətin bir parçası olun!

  • Daily0
  • Weekly253
  • Monthly940