Vəzifə öhdəlikləri:
- Mövcud və yeni layihələrin inkişafında proqramlaşdırma komandası ilə birgə çalışmaq
- API sorğularının hazırlanması və mövcud servislərlə inteqrasiya
- Web servislərlə işləmək, məlumat mübadiləsinin təşkil olunması
- Verilənlər bazasında (SQL və ya NoSQL) əməliyyatların yerinə yetirilməsi
- Kodun optimal yazılması, test edilməsi və sənədləşdirilməsi
- Verilən tapşırıqların sərbəst şəkildə vaxtında və keyfiyyətlə icrası
- Komandadakı proqramçılardan öyrənməyə və inkişaf etməyə açıq olmaq
Tələblər:
- OOP (Object-Oriented Programming) prinsiplərini anlamaq və tətbiq edə bilmək
- Əsas proqramlaşdırma biliklərinə malik olmaq (Python, JavaScript, HTML, CSS,)
- Python dili üzrə ilə minimum 1 il təcrübə.
- Framework (Django, FastAPI, React və s.) bilikləri
- REST API və HTTP protokolu ilə işləmə bacarığı
- Git, Gitlab, Github kimi versiya nəzarət sistemlərindən effektiv istifadə bacarığı
- İnformasiya texnologiyaları və prosesləri barədə ümumi anlayış
- Alqoritmik düşüncə və problem həll etmə bacarığı
- Biznes proseslərin və onların rəqəmsallaşdırılması prinsiplərinin qavranılması
- İngilis dili biliyi (Texniki mənbələri başa düşəcək səviyyədə)
Üstünlük verilir:
- Real layihələrdə iştirak təcrübəsi
- Portfolioda layihələrin olması (GitHub linkləri qeyd edilə bilər)
İş şərtləri:
- Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə və bazar günləri
- Əmək haqqı – müsahibə zamanı razılaşma yolu ilə
Maraqlanan şəxslərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsinə "Python Junior Proqramçı " başlığı yazılmalıdır.