Vəzifə öhdəlikləri:
- Quraşdırma üçün hazırlanacaq avadanlıq və sensorların anbardan təhvil alınması və onların hesabatının aparılması.
- Mikroproqram təminatının şablonlarının avadanlıqlara yüklənməsi.
- Avadanlığın quraşdırılması zamanı onun sistemə əlavə olunması və quraşdırıcı ilə yoxlanılması.
- Müqaviləyə və Sifarişçinin tələblərinə müvafiq olaraq, proqram platforması çərçivəsində xidmətdən və digər istifadəçi xüsusiyyətlərindən istifadəyə giriş iyerarxiyasının qurulması.
- Yaranan problemlər istehsalçının səhvləri və ya şablon həllərdə qüsurlarla bağlı olduğu hallarda Xidmətlərin dəstəyi və inkişafı şöbəsi ilə əlaqə və birgə iş.
- Yaranan texniki problemlərin təhlili, onların səbəblərinin müəyyən edilməsi.
- Görülən işlərin tarixçəsinin saxlanılması və hesabların formalaşması üçün zəruri olan həcmdə montaj, servis və təmir işləri üzrə verilənlərin korporativ informasiya bazasına doldurulması
- Monitorinq sistemində (MS) təminatçı tərəfindən hər ay yayımlanan yeniliklərin öyrənilməsi;
- MS-i müştərinin istəyinə uyğun şəkildə formalaşdırmaq (istifadəçi adı, xəbərdarlıqların, hesabatların, tapşırıqların və s. hazırlanması);
- Email və telefon vasitəsi ilə müştərilərin sorğularını cavablandırmaq;
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili – səlis, ingilis və rus dilləri - orta səviyyədə
- Minimum 1 il təcrübə
- Komputer və elektronika bilgilərinə orta səviyyədə malik olması
- Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
- Kollektivlə işləmə
- Yaş həddi: 22 – 28
İş şərtləri:
- Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə və bazar günləri
- Əmək haqqı 600 azn
Maraqlanan şəxslərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə "Servis üzrə köməkçi" başlığı yazılmalıdır.