A+A Security A+A Security
  • 224

A+A Security

Mühəndislik

Servis üzrə köməkçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Servis üzrə köməkçi

  • Deadline 5 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Quraşdırma üçün hazırlanacaq avadanlıq və sensorların anbardan təhvil alınması və onların hesabatının aparılması.
  • Mikroproqram təminatının şablonlarının avadanlıqlara yüklənməsi.
  • Avadanlığın quraşdırılması zamanı onun sistemə əlavə olunması və quraşdırıcı ilə yoxlanılması.
  • Müqaviləyə və Sifarişçinin tələblərinə müvafiq olaraq, proqram platforması çərçivəsində xidmətdən və digər istifadəçi xüsusiyyətlərindən istifadəyə giriş iyerarxiyasının qurulması.
  • Yaranan problemlər istehsalçının səhvləri və ya şablon həllərdə qüsurlarla bağlı olduğu hallarda Xidmətlərin dəstəyi və inkişafı şöbəsi ilə əlaqə və birgə iş.
  • Yaranan texniki problemlərin təhlili, onların səbəblərinin müəyyən edilməsi.
  • Görülən işlərin tarixçəsinin saxlanılması və hesabların formalaşması üçün zəruri olan həcmdə montaj, servis və təmir işləri üzrə verilənlərin korporativ informasiya bazasına doldurulması
  • Monitorinq sistemində (MS) təminatçı tərəfindən hər ay yayımlanan yeniliklərin öyrənilməsi;
  • MS-i müştərinin istəyinə uyğun şəkildə formalaşdırmaq (istifadəçi adı, xəbərdarlıqların, hesabatların, tapşırıqların və s. hazırlanması);
  • Email və telefon vasitəsi ilə müştərilərin sorğularını cavablandırmaq;

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili – səlis, ingilis və rus dilləri - orta səviyyədə
  • Minimum 1 il təcrübə
  • Komputer və elektronika bilgilərinə orta səviyyədə malik olması
  • Avadanlıqla işləmək üçün əl qabiliyyəti olsun
  • Kollektivlə işləmə
  • Yaş həddi: 22 – 28

İş şərtləri:

  • Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
  • İstirahət günləri – şənbə və bazar günləri
  • Əmək haqqı 600 azn

Maraqlanan şəxslərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

E-mail göndərilərkən mövzu hissəsinə "Servis üzrə köməkçi" başlığı yazılmalıdır.

  • Daily110
  • Weekly555
  • Monthly555