Texniki xidmət şöbəsinin müdiri

  • Deadline 16 Oktyabr 2026

AAC MMC olaraq komandamıza Texniki xidmət şöbəsinin müdiri vəzifəsinə peşəkar namizəd axtarırıq.

Əsas vəzifələr

  • Zavodun fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə texniki xidmət və təmir işlərinin təşkil və idarə edilməsi;
  • Mexanika, elektrik və avtomatika sistemlərində baş verən qəza, nasazlıq və texniki problemlərin operativ şəkildə aradan qaldırılmasına nəzarət;
  • Avadanlıqların düzgün istismarının, texniki sazlığının və etibarlı fəaliyyətinin təmin edilməsi;
  • Yeni avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi prosesinin təşkili;
  • İllik, aylıq, həftəlik və gündəlik texniki xidmət və təmir planlarının hazırlanması və icrasına nəzarət;
  • Cari, növbədənkənar və əsaslı təmir işlərinin istehsal prosesinə minimum təsirlə həyata keçirilməsinin təmin edilməsi;
  • Təmir işləri üçün zəruri ehtiyat hissələrinin və sərfiyyat materiallarının minimum stok səviyyəsinin müəyyən edilməsi və təminat prosesinin koordinasiyası;
  • Texniki qəzaların səbəblərinin araşdırılması, təkrarlanmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Texniki xidmət və təmir sahəsi üzrə görülmüş işlər barədə müvafiq hesabatların hazırlanması;
  • Şöbə üzrə sənədləşmənin düzgün aparılmasına və müəyyən edilmiş prosedurların tələblərinə əməl olunmasına nəzarət;
  • Şöbə əməkdaşlarının iş və məzuniyyət qrafiklərinin hazırlanmasının təşkili;
  • Əməkdaşların zəruri əl alətləri, avadanlıq və texniki vasitələrlə təmin edilməsinə, onların düzgün və səliqəli istifadəsinə nəzarət;
  • Texniki xidmət sahəsinin aralıq anbarının idarə olunması və anbar qalığına nəzarət;
  • Zavod üçün kritik əhəmiyyət daşıyan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və onların anbarda mövcudluğunun təmin edilməsi;
  • Sifariş olunan materialların texniki göstəricilərini əks etdirən material kartlarının hazırlanması prosesinə nəzarət;
  • Şöbə əməkdaşlarının peşəkar inkişafı və texniki bacarıqlarının artırılması istiqamətində tədbirlərin təşkili;
  • Tabeçiliyində olan əməkdaşlar tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə nəzarət.

Namizədə tələblər

  • Texniki sahə üzrə ali təhsil;
  • İstehsalat müəssisəsində texniki xidmət, təmir və ya mühəndislik sahəsində rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • Mexanika, elektrik və avtomatika sistemləri üzrə ümumi texniki biliklər;
  • Sənaye avadanlıqlarının texniki xidməti və təmiri üzrə praktiki təcrübə;
  • Planlı və preventiv texniki xidmət və təmir işlərinin təşkili üzrə təcrübə;
  • Texniki sənədləşmə, hesabatların hazırlanması və ehtiyat hissələrinin idarə edilməsi üzrə bacarıqlar;
  • Komanda idarəetməsi, iş bölgüsü və əməkdaşların fəaliyyətinə nəzarət bacarığı;
  • Operativ qərarvermə və texniki problemlərin həlli bacarığı;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Sürücülük vəsiqəsinin olması;

İş şəraiti

  • İş yeri: Səngəçal
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: 2500 AZN
  • Servis xidməti: Bakı və Sumqayıəraitit istiqamətlərindən servis
  • Nahar xidməti: İşçilər üçün nahar təmin edilir

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərsiniz. Mövzu hissəsində “Texniki xidmət şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly387
  • Monthly1481