Abacus Audit And Consulting Abacus Audit And Consulting
  • 683

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 8 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil
  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) 
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
  • Müəssisələrin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Vergi,  hesabatlarının (Mənfəət, ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; 
  • İstirahət: Şənbə və Bazar günləri;
  • Əmək haqqı: 1200-1800

Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 (iki) il 
  • Dil biliyi: Rus dili biliyi mütləqdir,ingilis dili arzuolunandır.
  • Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) MHBS /MHBS- KOS  sertifikatı;
  • Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi Müraciət et butonunda qeyd edilən elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly1277