Abacus Audit And Consulting Abacus Audit And Consulting
  • 731

Aparıcı Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Mühasib

  • Deadline 14 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil
  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) 
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
  • ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;
  • Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.
  • Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Tender sənədlərinin hazırlanması
  • Şirkətin hüquqi sənədlərinə dəyişiklik edilməsi

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Əmək haqqı - 1500 - 2000 AZN (danışıq əsasında)

Namizəd üçün tələblər

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 2 (iki) il 
  • Dil biliyi: Rus dili biliyi mütləqdir, ingilis dili arzuolunandır.
  • Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) MHBS /MHBS- KOS  sertifikatı;
  • Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily13
  • Weekly225
  • Monthly1385