Bazar əməliyyatları şöbəsinin qrup rəhbəri

Bazar əməliyyatları şöbəsinin qrup rəhbəri

  • Deadline 11 Aprel 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Şöbənin fəaliyyətini effektiv idarə etmək, komanda üzvlərinin iş bölgüsünü həyata keçirmək və onların fəaliyyətinə nəzarət etmək;
  • Müəyyən olunmuş limitlər çərçivəsində pul, əmtəə, qiymətli kağızlar və Forex bazarı üzrə əqdlərin icrasına nəzarət etmək və strateji yönləndirmə vermək;
  • Bankın adından Bloomberg, Reuters və digər platformalar vasitəsilə aparılan danışıqları və bağlanan əqdləri koordinasiya etmək;
  • Pul bazarında sərbəst vəsaitlərin effektiv yerləşdirilməsi və cəlb edilməsi proseslərini idarə etmək;
  • Valyuta alqı-satqısı üzrə bağlanan əqdlərin uyğunluğunu və optimal icrasını təmin etmək;
  • Bankın nağd vəsait tələbatına uyğun sifarişlərin vaxtında və dəqiq icra olunmasına nəzarət etmək;
  • Bankın vəsaitlərinin optimal idarə olunması üçün yararsız nağd vəsaitlərin müxbir hesablara göndərilməsi üzrə qərarlar qəbul etmək və prosesləri yönləndirmək;
  • Müştərilər üçün hecinq həllərinin hazırlanmasına rəhbərlik etmək və törəmə maliyyə alətləri üzrə əməliyyatların düzgün icrasını təmin etmək;
  • İnvestisiya portfeli, pul bazarı əməliyyatları, FX və digər maliyyə əməliyyatları üzrə hesabatların hazırlanmasını təşkil etmək və təhlilləri rəhbərliyə təqdim etmək;
  • Şöbənin işini əhatə edən və digər departamentlər üçün təqdimatların hazırlanmasını təmin etmək;
  • Valyuta, pul və qiymətli kağızlar bazarının iştirakçıları ilə strateji əlaqələr qurmaq, bazar konyunkturasını təhlil etmək və bank üçün ən optimal qərarların qəbul olunmasına töhfə vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsil;
  • İnvestisiya, risk və xəzinədarlıq sahəsində ən azı 3 il iş təcrübəsi
  • Bloomberg və Reuters proqramları ilə işləmək bacarığı və bazar analitikası üzrə təcrübə;
  • CFA Level 2 və ya CFA 1 sertifikatlarının olması arzuolunandır;
  • Səlis Azərbaycan, İngilis və Rus dillərini bilən;
  • AMB-nin investisiya xidmətləri göstərilməsi üzrə ixtisas şəhadətnaməsinin olması arzuolunandır;
  • MS Office proqramlarını (xüsusilə Excel və PowerPoint) yüksək səviyyədə bilən;
  • Güclü analitik və strateji düşünmə bacarığı olan;
  • Komandanı idarə etmək və motivasiya etmək bacarığı olan;
  • Problem həll etmə və qərarvermə qabiliyyəti yüksək olan;
  • Stressə davamlı, operativ və çoxşaxəli tapşırıqları idarə edə bilən şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily140
  • Weekly375
  • Monthly949