Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Qlobal iqtisadi və maliyyə bazarlarında baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına və bankın fəaliyyətinə mümkün təsirlərinin müntəzəm təhlilində iştirak etmək, nəticələrin risk idarəetməsi və strateji qərarvermə proseslərinə inteqrasiyasına töhfə vermək;
- Maliyyə sektorunun və bazarlarının sabitliyi və inkişafına dair trendlərin izlənilməsi, maliyyə infrastrukturunun dayanıqlılıq səviyyəsinin qiymətləndirilməsi və bu istiqamətdə analitik hesabatların hazırlanması;
- Bazar və likvidlik riskləri üzrə bankdaxili limitlərin və requlyativ tələblərin icrasına nəzarət etmək, uyğunsuzluqlar olduqda müvafiq bölmələrə xəbərdarlıq və təkliflərin verilməsi;
- İnvestisiya portfeli üzrə risklərin qiymətləndirilməsi və monitorinqi, o cümlədən portfelin risk iştahası ilə uyğunluğunun yoxlanılması və təkliflərin verilməsi;
- Bankın bazar və likvidlik risklərinin ölçülməsi üzrə modellərin təkmilləşdirilməsi və yeni metodologiyaların hazırlanmasında iştirak etmək (məsələn: DV01, duration gap, EVE, NII modelləri və s.);
- Stress-ssenarilər və kapital adekvatlığı simulyasiyaları çərçivəsində bazar və likvidlik risklərinin proqnozlaşdırılması və bu modellərin ICAAP və digər daxili qiymətləndirmə proseslərinə inteqrasiyasında iştirak etmək;
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
- CFA və ya FRM sertifikatlarının olması üstünlükdür;
- Bankların maliyyə hesabatlarını anlama və təhlil etmə bacarıqlarına;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
- Analitik təfəkkür, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olub portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.