Ekvayrinq biznesinə dəstək şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis

Ekvayrinq biznesinə dəstək şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis

  • Deadline 3 Yanvar 2025

 Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri barədə ətraflı məlumat vermək;
  • E-ticarət üzrə mövcud partnyor bazasını idarə etmək, partnyor istəklərini çevik cavablandırmaq;
  • Banka perspektivli e-ticarət partnyorların cəlbini təmin etmək, cari partnyorlarla tərəfdaşlığın genişlənməsini təmin etmək;
  • E-ticarət üzrə partnyorluq müraciətlərini qəbul etmək və işin icrasına nəzarət etmək;
  • Ekvayrinq biznesi üzrə gəlir və xərcləri analiz etmək;
  • Fintex məhsulları üzrə bazar araşdırması, bu istiqamətdə yeni məhsulların yaradılması üçün təkliflərin hazırlanmasını təmin etmək;
  • Fintex-lərdən daxil olan sorğuların araşdırılması, yaranan problemləri müəyyən edərək həll edilməsini təmin etmək;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsili;
  • Ekvayrinq (e-ticarət) sahəsində satış üzrə minimum 1 il iş təcrübəsi olan;
  • Ekvayrinq məhsulları haqqında biliklərə sahib olan;
  • Yüksək səviyyədə danışıqlar aparma və kommunikasiya qurma bacarığı olan;
  • Analitik təhlil etmə bacarığı olan;
  • Komandada işləmək bacarığı olan;
  • Səlis Azərbaycan dili bilini (Rus və ingilis dili arzuolunandır) bilən;
  • Microsoft Office proqramlarında işləmə bacarığı olan;
  • Məsuliyyətli və nəticəyönümlü olan;
  • Operativ və stress altında işləmə bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə link üzərindən qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. 

  • Daily0
  • Weekly529
  • Monthly1665