Əsas fəaliyyət göstəriciləri şöbəsinin qrup rəhbəri

Əsas fəaliyyət göstəriciləri şöbəsinin qrup rəhbəri

  • Deadline 3 İyul 2024

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bank üzrə əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi;
  • Əsas fəaliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi;
  • Əsas fəaliyyət göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın аnаliz edilməsi;
  • Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi;
  • Aylıq, rüblük və illik olmaqla işçi performansının qiymətləndirilməsi, nəticələr ilə bağlı hesabatların və tövsiyyələrin verilməsi;
  • İllik əsasda mükafatların hesablanması və ödəniş faylı hazırlanması və ödənişin icra olunması;
  • KPI hesablamalarında proseslərin effektiv və səmərəliliyini artırmaq üçün davamlı təkmilləşdirmənin həyata keçirilməsi;

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsil (Xaricdə təhsil üstünlükdür);
  • Maliyyə sahəsində 5 il iş təcrübəsi, 2 il rəhbər olmaqla;
  • Azərbaycan dilində mükəmməl, ingilis dilində orta bilik;
  • ACCA F2, F5, F3 və F7 sertifikatları, CFI üstünlükdür;
  • MS Office proqramlarının mükəmməl bilik səviyyəsi;
  • Problemlərin həll edilməsi bacarıqları;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Günlük124
  • Həftəlik239
  • Aylıq239