International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 350
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

Fiziki kanallar və əməliyyat sahəsinin biznes analitika üzrə mütəxəssisi/aparıcı/baş mütəxəssisi

Fiziki kanallar və əməliyyat sahəsinin biznes analitika üzrə mütəxəssisi/aparıcı/baş mütəxəssisi

  • Истекает 30 август 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Biznes proseslərin qəbul olunmuş standartlara uyğun texniki sənədinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
  • Sahə tərkibində və digər tərəfdaşlarla (3-cü şəxslər) məsələlərin müzakirə edilməsi, uyğunluğun təmin edilməsi və kənarlaşmaların aşkarlanması;
  • Biznes proseslər, inteqrasiyalar, dəyişikliklər üzrə texniki məlumatları əks etdirən sənədlərin (istifadəçi və texniki səviyyədə) hazırlanması;
  • Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə prosesin monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
  • Dəyişiklik edilmiş Biznes prosesin əsas mühitdə istifadəyə verilmə anına qədər test prosesində komandaya, məhsul sahibinə və sifarişçi struktura dəstək verilməsi;
  • Məhsul və ya Proses yaradılması (və ya dəyişiklik edilməsi) zamanı məlumatın report ediləcək səviyyədə saxlanılması ilə bağlı tələblərin qoyulması və bununla bağlı potensial risklərin müəyyən edilməsi.
  • Proseslərin diaqram formasında hazırlanması və optimizasiyası;
  • Davamlı olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • SQL scriptlərin yazılması üzrə təcrübəyə;
  • Servis (MS Rest, Soap) strukturunun formalaşdırılması və testləşdirilməsi üzrə təcrübəyə;
  • Verilənlər Bazasının strukturlaşdırlması və formalaşdırılması üzrə bacarıqlara;
  • İnteqrasiya növləri üzrə biliklər və onların testləşdirilməsi bacarığına;
  • UML diaqramların formalaşdırılması və tətbiqi üzrə təcrübəyə;
  • İstifadəçi təcrübəsi və istifadəçi interfeysi dizaynı üzrə bacarıqlara;
  • Layihənin arxitektura həllərinin verilməsi üzrə bacarıqlara;
  • Agile metodologiyası üzrə təcrübəyə;
  • JIRA, Confluence, Monitoring tool-lar üzrə təcrübəyə;
  • Məhsul yaradılması üzrə texniki biliklərə;
  • Proqramlaşdırma dilləri barədə anlayışı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily8
  • Weekly623
  • Monthly741