İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

  • Deadline 3 İyul 2024

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Daxil olmuş sorğular əsasında Bankda mövcud olan insidentlər və ya baş verə biləcək fraud halları üzrə müvafiq araşdırmaların aparılması;
  • Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq kənarlaşmaların aradan qaldırılması istiqamətində qanunvericilklə qəbul olunmuş tədbirlərin görülməsi;
  • Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğu baxımından distant və yerində yoxlamaların həyata keçirilməsi;
  • Bankda mövcud olan nəzarət sistemlərin effektivliyi istiqamətində monitorinqlərin aparılması, nəzarət sistemlərinin qabaqcıl təcrübəyə uyğunluğu baxımdan qiymətləndirilməsini həyata keçirmək;
  • Bankın fəaliyyətini əhatə edən biznes proseslərdə mövcud olan nəzarət mexanizmlərini gücləndirən yeni alət və mexanizmlər barədə tövsiyələr vermək;
  • Aparılan yoxlamalar zamanı, sahə üzrə risklərin müəyyən edilməsi. Risklərin mitiqasiyası üzrə müvafiq nəzarət tədbirlərin tətbiqi istiqamətində tövsiyələrin verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
  • İnduktiv və analtik təhlil  etməyi bacaran;
  • MS Office proqramlarında iş bacarığı olan;
  • Bankda minimum 1-2 il iş təcrübəsi olan;
  • Flexcube, Bİ və BPM üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Günlük142
  • Həftəlik257
  • Aylıq257