İnvestisiya həlləri şöbəsinin aparıcı mütəxəssisi

İnvestisiya həlləri şöbəsinin aparıcı mütəxəssisi

  • Deadline 23 İyul 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Valyuta, faiz və digər maliyyə risklərinin idarəsi məqsədilə müştərilərə uyğun hedcinq alətləri (forward, futures, options, swap və s.) üzrə həllərin hazırlanması və təqdim edilməsi;
  • Korporativ və VIP müştərilər üçün fərdi investisiya məhsullarının (strukturlaşdırılmış notlar, AMC-lər, NDF-lər və s.) dizaynı, təqdimatı və satış prosesində iştirak;
  • Mərkəzi Bankın tələblərinə uyğun olaraq bank və müştərilər üçün qiymətli kağızların alqı-satqısı, repo və əks-repo kimi əməliyyatların təşkili və icrası;
  • İnvestisiya əməliyyatları üzrə bazar təhlillərinin aparılması, ticarət imkanlarının qiymətləndirilməsi və aidiyyəti üzrə hesabatların, təqdimatların hazırlanması;
  • Departament üzrə qəbul edilmiş aidiyyəti qərarların, əmr və sərəncamların icrasını təmin etmək, Departamentin direktoru və onun müavininin, şöbə müdirinin  göstəriş və tapşırıqlarını yerinə yetirmək;
  • Limitlər çərçivəsində Bloomberg və digər platformalar vasitəsi ilə danışıqların aparılması və əqdlərin bağlanılmasıdır.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının investisiya xidmətləri üzrə ixtisas şəhadətnaməsi mütləqdir;
  • Yaxşı səviyyədə Bloomberg proqramı ilə işləmək bacarığına;
  • CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır;
  • Səlis Azərbaycan, İngilis, Rus dillərini bilən;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
  • Problem həll etmə bacarığı olan;
  • Komandada işləmə bacarığı olan;
  • İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan elektron poçt qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily1
  • Weekly1
  • Monthly2211