Maliyyə hesabatlığı və təhlil şöbəsi üzrə SQL developer(mütəxəssis / aparıcı mütəxəssis)

Maliyyə hesabatlığı və təhlil şöbəsi üzrə SQL developer(mütəxəssis / aparıcı mütəxəssis)

  • Deadline 3 Yanvar 2025

 Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər: 

  • Oracle SQL sorğuların yazılması, optimallaşdırılması;
  • Biznes tələbinə uyğun, data-nın DB-də analizi  və avtomatlaşdırılması;
  • Mövcud hesabatların üzərində,yazılmış kodların təhlili və uyğun düzəlişlərin edilməsi;
  • Biznes tələbləri toplayaraq tələb olunan hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • İnformasiya texnologiyaları / Maliyyə  istiqaməti üzrə ali təhsilə;
  • MS office proqramları üzrə biliklərə (SQL, PL-SQL bilikləri arzuolunandır);
  • Komandada iş bacarıqlarına;
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Yaradıcılıq və innovasiya bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə link üzərindən qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. 

  • Daily3
  • Weekly530
  • Monthly1666