Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi (SQL developer)

Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi (SQL developer)

  • Deadline 18 May 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Texniki tapşırıqlara əsasən verilənlər bazasında məlumatların toplanması və işlənməsi;
  • Texniki tapşırıqlara uyğun olaraq SQL sorğularının yazılması və müvafiq struktur bölmələrlə məlumatların dəqiqləşdirilməsi;
  • Böyük həcmli məlumatların analizi və transformasiyası;
  • Yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
  • Maliyyə və biznes komandaları ilə əməkdaşlıq edərək məlumat ehtiyaclarını təmin edilməsi;
  • Mövcud SQL sorğularında optimizasiya və dəyişikliklərin edilməsi;
  • SQL performansının artırılması və verilənlər bazasının effektiv işləməsinin təmin olunması;
  • Davamlı olaraq problem həllərinin təklif edilməsi və MIS ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İnformasiya Texnologiyaları və ya Maliyyə istiqaməti üzrə)
  • Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri üzrə biliyinə malik olan;
  • İnduktiv və analitik təhlil etmə bacarığı malik olan;
  • Yaradıcılıq və innovasiya bacarığı olan;
  • Müvafiq sahə üzrə sertifikatlara sahib olan;
  • Rus və İngilis dili biliyi üstünlükdür;
  • Problemləri həll etmə bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonunda qeyd olunan portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily3
  • Weekly535
  • Monthly739