Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- IBM Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərinin idarə edilməsi;
- Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazaların fəaliyyətinə nəzarət və təhlil edilməsi;
- Kollektorların ve IBM Guardium agentlərinin , təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyasının təmin edilməsi;
- Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi;
- IBM Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərinin yaradılması.
- Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün IBM Guardium hesabatlarının və xəbərdarlıqlarının hazırlanılması və icra edilməsi;
- IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimatların təqdim edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə);
- Azərbaycan dili, ingilis dili (texniki) bilikləri;
- Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazaları ilə 3 il təcrübəsi;
- Verilənlər bazası təhlükəsizliyi məhsulları ilə təcrübə (IBM Guardium, Imperva);
- Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayışı;
- CİS kimi uyğunluq standartlardan anlayışı olan;
- Texniki problemləri həll etmə bacarıqları;
- Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları;
- Verilənlər bazası fəaliyyətindəki anomaliyaları müəyyən etmək, təhlil etmək bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.