Pərakəndə kreditləşmə sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis

Pərakəndə kreditləşmə sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis

  • Deadline 14 Mart 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Görəcəyiniz işlər:

  • Biznes tapşırığına uyğun olaraq məlumatların təhlili və məlumatlara uyğun təklif hazırlanması,
  • Komandanın fəaliyyət istiqamətinə uyğun məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
  • Kredit və kredit kartı məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ümumi təhlili, qiymətləndirilməsi, təkliflərin hazırlanması;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
  • Satış kanallarının təhlili və təkliflərin hazırlanmasıdır.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə;
  • İstehlak kreditləri, kredit kartı, satış və ya məhsulların yaradılması sahəsində iş təcrübəsinə;
  • Yüksək səviyyədə MS Excel biliklərinə;
  • Hesabatlıq və ya analitika istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
  • SQL biliklərinə;
  • İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
  • Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/   portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily138
  • Weekly373
  • Monthly947