International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 213
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

Pərakəndə seqment sahəsinin android üzrə aparıcı proqramçısı

Pərakəndə seqment sahəsinin android üzrə aparıcı proqramçısı

  • Истекает 23 октябрь 2025

ABB “Pərakəndə seqment sahəsinin android üzrə aparıcı proqramçısı” vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Java, Kotlin dillərində son texnologiyaları istifadə etməklə, Android platformasında, mobil tətbiqlərin tərtibatını həyata keçirmək;
  • Tətbiqlərin keyfiyyətini, etibarlılığını təmin etmək, tətbiqin monitorinqini həyata keçirmək texniki problemləri həll etmək;
  • Multifunksional komanda daxilində, davamlı olaraq tətbiqə yeni funksionallıqlar üzərində işləmək.
  • Potensial problemləri müəyyənləşdirmək və həll etmək;
  • Digər proqramçıların kodlarına (Code Review)rəy vermək, onlara mentorluq etmək və inkşafına dəstək olmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Tətbiqi riyaziyyat və kibernetika sahələri üzrə olması arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinə;
  • Java və Kotlin -də dərin bilik və təcrübəyə;
  • Android dizayn prinsipləri və interfeys təlimatlarında təcrübəyə;
  • MVP, MVVM və MVVM+ arxitektura prinsiplərindən biliyə;
  • Data Store, Jetpack Uİ -lə iş təcrübəsi və əmin biliyə;
  • Mobil tərtibatlaın testi və təhlükəsizliyi prinsipləri ilə iş təcrübəsinə;
  • Retrofit, Picasso və Glide kimi Android kitabxanaları ilə iş təcrübəsinə;
  • Modular arxitektura və “Coroutine” prinsipləri ilə iş təcrübəsinə;
  • REST API’larla işləmə bacarığına;
  • Agile mühitdə, maliyyə sahəsində iş təcrübəsinə;
  • OOP, SOLID prinsiplərindən anlayışına;
  • CI/CD işlətməsi və qurma bacarığına;
  • Google-Play –də tətbiq olana;
  • Agile mühitdə, maliyyə sahəsində iş təcrübəsinə (arzuolunandır);
  • CI/CD işlətməsi və qurma bacarığına (arzuolunandır);
  • Google-Play –de tətbiq olana (arzuolunandır);
  • Texniki İngilis dili biliklərinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily169
  • Weekly380
  • Monthly743