Rəqəmsal kanallar sahəsinin məhsul sahibi

  • Deadline 11 Aprel 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Görəcəyiniz işlər:

  • Bazarda müştəri davranışlarını analiz edərək, strateji roadmapın hazırlanması və potensial məhsul və ya xidmətlərin təklif olunması;
  • Bankın strateji hədəflərinə uyğun, dəyər yaradan məhsul və ya xidmətlər üzrə backlog formalaşdırılması;
  • Müştəri təcrübəsinə, biznes metriklərinə və məhsulun inkişafına fokuslanaraq data əsaslı analizlərin aparılması və qərarların qəbul olunması;
  • Backlogun idarə olunması üzrə işlər: Biznes tələblərə uyğun işlərin backloga əlavə olunaraq, tətbiq edilməsi üçün tələblərin icrası;
  • Biznesin davamlı inkişafı üçün mütəmadi metricləri analiz edərək qərarların qəbul edilməsi və KPİ-lərin müəyyən edilməsi;
  • Agile prinsiplərinə uyğun olaraq ceremonylərin keçirilməsi, stakeholderlərlə sıx əməkdaşlıq və komanda ilə məhsuldar işləməyin təmin olunması;
  • Məhsulun inkişafına dəstək olan bankdaxili strukturlarla əməkdaşlıq etmək və işlərin görülməsidir (kampaniyaların keçirilməsi, marketinq üzrə biznes tələblərinin təqdim olunması və s.).

Bizim üçün uyğun namizəd:

  • Bank və ya finteck sektorunda minimum 3-5 il iş təcrübəsinə;
  • Ödəniş və köçürmələr sahəsi üzrə biliklərə;
  • Texniki sənədlərlə işləmə bacarığına;
  • Fundamental texniki biliklərə;
  • Müxtəlif situasiyalarda çalışaraq kompleks məhsulların təhvil verilməsi bacarığına;
  • Dayanıqlı kommunikasiyaların qurulması və təqdimat bacarıqlarına;
  • Tələblərin toplanması, məlumatların təhlili bacarığına;
  • Proqram təminatının hazırlanması prosesi barədə məlumatlılığa;
  • Komandada və fərdi şəkildə işləmə bacarığına;
  • Dəyərlərin təhlili, qərar qəbul etmə, liderlik bacarıqlarına;
  • Güclü təhlil və riyazi bacarıqlarına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir etmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
  • PSPO,ACP,CSPO və ya analoqu olan sertifikatlara sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily142
  • Weekly377
  • Monthly951