Satınalmalar departamentinin Müqavilələrin idarə edilməsi və sənədləşmə şöbəsinin müqavilələr üzrə mütəxəssisi

Satınalmalar departamentinin Müqavilələrin idarə edilməsi və sənədləşmə şöbəsinin müqavilələr üzrə mütəxəssisi

  • Deadline 1 İyun 2026

ABB “Satınalmalar departamentinin Müqavilələrin idarə edilməsi və sənədləşmə şöbəsinin müqavilələr üzrə mütəxəssisi” vakansiyası  elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Görəcəyiniz işlər: 

  • Bank ilə podratçılar arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələr və razılaşmalar) üzrə proseslərin idarə edilməsi;
  • Müqavilələrdən irəli gələn xərclərin bankın xərc siyasətinə uyğun olmasına nəzarətin həyata keçirilməsi;
  • Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçının (malgöndərən) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə olunması;
  • Müqavilələrdə müəyyən olunmuş öhdəliklərin icrasına nəzarətin təşkil edilməsi və müqavilələrdən irəli gələn digər zəruri tədbirlərin aidiyyəti strukturlarla razılaşdırmaqla həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Səlis Azərbaycan və İngilis dili biliyinə (Rus dili arzuolunandır) ;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Komandada işləmək bacarığına;
  • Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily17
  • Weekly562
  • Monthly129