ABB “Strategiya ekspert mərkəzinin Pərakəndə bankçılıq üzrə aparıcı/baş mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Agile metodologiyası ilə çalışan sahələrin təkliflərinə çevik qərarların verilməsi;
- Pərakəndə bankçılıq sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüslərin və metriklərin formalaşdırmasında dəstək olmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
- Pərakəndə və ekvayrinq biznesi istiqamətində yeni məhsul və xidmətlərin araşdırılması və yeni təcrübələrin tədbiq edilməsi;
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
- Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
- Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
- Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə (Xarici təhsil və ya beynəlxalq sertifikatklar arzuolunandır);
- Pərakəndə biznesi sahəsi üzrə ən azı 2 il iş təcrübəsinə;
- Yaxşı səviyyədə MS Office proqram biliyinə;
- Xarici dil biliyinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqlarına;
- Yüksək təqdimat və ünsiyyət qabiliyyətinə;
- Yüksək Kommunikasiya, vaxtın idarə edilməsi, komandada iş bacarıqlarına malik olan
- Beynəlxalq sertifikatlara (PMİ ACP, PMİ PMP) və Xarici dil biliyi üzrə sertifikatlarıa saib olan (IELTS, TOEFL, Duolingo) (üstünlükdür) şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub, qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.