Sürücü-inkassator (Şirvan RİŞ)

  • Deadline 2 Avqust 2024

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Xidməti nəqliyyat vasitəsini qaydalara uyğun idarə etmək;
  • Öz işində yol hərəkəti qaydalarına daim riayət edərək nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək;
  • Qiymətlilərin daşınmasını təmin etmək;
  • İdarə etdiyi nəqliyyat vasitəsinin saz və təmiz vəziyyətdə saxlanılmasını təmin etmək.

Bizim üçün uyğun namizəd:

  • B, C kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan;
  • Hərbi xidmət keçmiş;
  • Sürücülük təcrübəsi olan;
  • Ezamlara getməyə hazır olan şəxsdir. 

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Günlük123
  • Həftəlik486
  • Aylıq486