VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

  • Deadline 2 Avqust 2024

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər: 

  • Təhkim olunmuş cari VIP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
  • Yeni VIP müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək; 
  • Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat vermək, təqdimat etmək;
  • Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək prob  lemlərin həllinə sonadək dəstək olmaq;                                                
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;                 
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi. 

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan və rus dilini səlis bilənə; ingilis dili arzu olunandır;
  • Bank təcrübəsinə (mütləqdir);
  • Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində minimum 2 il təcrübəyə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Günlük123
  • Həftəlik486
  • Aylıq486