Xidmət və keyfiyyət şöbəsi üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis

Xidmət və keyfiyyət şöbəsi üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis

  • Deadline 14 Sentyabr 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər: 

  • Müştəri xidməti strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək;
  • Müştəri xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq;
  • Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq;
  • Əməkdaşlar arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
  • Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
  • Əməkdaşların işinə nəzarət etmək, qiymətləndirmək;
  • Əməkdaşların  təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq.    

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığına;
  • Bank sahəsi üzrə minimum 2 il iş təcrübəsinə;
  • Azərbaycan və rus dillərində yüksək bilik səviyyəsinə;
  • Komandada iş bacarığına;
  • Araşdırma və analitik düşünmə bacarığına;
  • Təqdimatların hazırlanması bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily135
  • Weekly533
  • Monthly1257