İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifənin məqsədi:
- Əməliyyat risklərinin idarə olunması və əsas risk sahələrinin müəyyən edilməsi, insidentlərin vaxtında aşkar edilməsi və tədbir planlarının izlənməsinin təmin olunması.
Görəcəyi işlər:
- Əməliyyat riskləri üzrə gündəlik nəzarəti təşkil etmək və risk mövzularının vaxtında aşkar olunmasını təmin etmək;
- Proses sahibləri ilə birgə əsas əməliyyat proseslərində risk boşluqlarını müəyyən etmək və aradan qaldırılması üçün tədbirləri koordinasiya etmək;
- İnsidentlərin idarə edilməsi: qeydiyyat, təsnifat/dərəcələndirmə, səbəb analizi və tədbir planlarının izlənməsi;
- RCSA nəticələrinin toplanması və konsolidasiyasını həyata keçirmək, əsas risk sahələrini formalaşdırmaq;
- KRI-lərin izlənməsi və limit pozulmaları üzrə eskalasiya və tədbir planlarının formalaşdırılması;
- Üçüncü tərəflə proseslərdə əməliyyat risklərini qiymətləndirmək və izləmək.
Uyğun namizəd üçün tələblər:
- Maliyyə, iqtisadiyyat, menecment, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
- Əməliyyat riskləri, daxili nəzarət, daxili audit və ya proses idarəetməsi üzrə ən az 1–2 il müvafiq iş təcrübəsi (investisiya şirkəti və ya bank təcrübəsi üstünlükdür);
- Güclü ünsiyyət və koordinasiya bacarıqları, komanda ilə işləmək qabiliyyəti;
- Azərbaycan dili – sərbəst; ingilis dili – üstünlükdür;
- Güclü analitika bacarığı, təqdimat və ofis proqramları ilə işləmək bacarığı.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Əməliyyat Riskləri üzrə Aparıcı Mütəxəssis” vəzifəsini qeyd edin.