ABB-İnvest İnvestisiya Şirkəti QSC ABB-İnvest İnvestisiya Şirkəti QSC
  • 560

Mühasib

  • Истекает 19 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
  • Əmək haqqı: Razılaşma əsasında

Əsas vəzifə və öhdəliklər

  • Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması;
  • Mühasibat əməliyyatlarının 1C proqramına daxil edilməsi və müvafiq hesablar üzrə məlumatların yoxlanılması;
  • Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;
  • Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
  • Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçota alınması;
  • Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi;
  • Vergi hesablamalarının aparılmasında və vergi bəyannamələrinin hazırlanmasında iştirak;
  • Dövlət qurumlarına təqdim edilən hesabatlar üçün müvafiq məlumatların hazırlanması;
  • Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması üçün zəruri mühasibat məlumatlarının toplanması və yoxlanılması;
  • Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və köməkçi reyestrlərlə üzləşdirilməsi;
  • Audit və digər yoxlamalar zamanı tələb olunan mühasibat sənədlərinin və məlumatlarının hazırlanmasına dəstək göstərilməsi;
  • Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.

Namizədə tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə əsas biliklər;
  • PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir;
  • 1C mühasibat proqramı ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
  • Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır;
  • ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial Reporting) üzrə sertifikatlar;
  • Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
  • Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
  • Komandada işləmək, tapşırıqları vaxtında və düzgün yerinə yetirmək bacarığı

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd edin.

  • Daily2
  • Weekly235
  • Monthly1655