İş haqqında məlumat:
- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması
- Vergi, Statistika, DSMF hesabatlarının hazrılanması və təqdim edilməsi
- Əməliyyatların 1C proqramında və mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-material aktivlərin, mal-material ehtiyatların uçotunun düzgünlüyünə nəzarət etmək;
- Debitor və kreditor borcların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Ayın bağlanmasını 1C proqramında həyata keçirmək
Tələblər:
- Ali təhsil (Mühasibatlıq və Maliyyə ixtisası üzrə)
- Azərbaycan dili səlis, ingilis dili arzuolunandır.
- Müvafiq sahədə ən az 2 il iş təcrübəsi
- MC Office, 1C proqramı
- Dəqiq, dürüst, komandada işləmək bacarığı, stressə davamlı
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Əmək haqqı - 2000-2500 AZN (nett)
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.