Abşeron Logistika Mərkəzi Abşeron Logistika Mərkəzi
  • 616

Abşeron Logistika Mərkəzi

Peşəkar xidmətlər , Hava yükləri və logistika

Beynəlxalq daşıma əməliyyatları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Beynəlxalq daşıma əməliyyatları üzrə mütəxəssis

  • Deadline 12 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
  • Tranzit əməliyyatların idarə olunmasında birbaşa iştirak etmək;
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
  • Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Potensial və mövcud müştərilərin yük hərəkətini  təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
  • Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
  • Tranzit daşımaları üzrə (idxal və ixrac üzrə ehtuyac olduqda) əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Beynəlxalq daşıma sahəsində minimum 1  illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 12.04.2025-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşıma əməliyyatları üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly423
  • Monthly1613