Abşeron Logistika Mərkəzi Abşeron Logistika Mərkəzi
  • 735

Abşeron Logistika Mərkəzi

Peşəkar xidmətlər , Hava yükləri və logistika

Logistika üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Logistika üzrə menecer

  • Deadline 8 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Abşeron Logistika” MMC-nin Özbəkistan ofisində “Logistika üzrə menecer” vəzifəsinə vakansiya elan edilir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək.
  • Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması.
  • Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi.
  • Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması.
  • Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil; 
  • Logistika sahəsində minimum 5 - 7 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili,  Rus dilini səlis bilməli.

Peşəkarlıq tələbləri:

  • Dəqiqlik;
  • Təqdimat bacarığı;
  • Satış bacarığı;
  • Analitik və strateji düşünmə qabiliyyəti,
  • Ünsiyyətcil, işgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması;
  • Prosesləri, situasiyanı və heyəti idarə etmək bacarıqları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Özbəkistan ofisində “Logistika üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily102
  • Weekly210
  • Monthly1787