“Abşeron Logistika” MMC “Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Bütün şəxslərin (o cümlədən işçilərin) Nəzarət-buraxılış qaydalarına müvafiq olaraq buraxılışını təmin etmək;
- Giriş-çıxış edənlərin davamiyyət aparatlarından istifadəsini tələb və nəzarət etmək,
- Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- İş saatı bitmədən təyin edildiyi iş yerini (postu) tərk etməmək (təlimatda qeyd edilən istisna hallar xaric);
- Qonaqları qəbul etmək və müvafiq qaydada yönəltmək;
- Yüklərin, avtomobillə daxil olan şəxslərin əraziyə buraxılışı zamanı müvafiq təlimata əməl etmək və qeydiyyatını təmin etmək,
- Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
- Müəssisə daxili nizam, intizam və etik davranış qaydalarına əməl etmək.
Namizədə qarşı tələblər:
- Azərbaycan Respublikası vətəndaşı olmalı;
- Tam orta və ya Orta ixtisas təhsilli olmalı, Ali təhsil üstünlükdür;
- Mühafizə sahəsində minimum 1 ilədək iş təcrübəsi olmalı (İş təcrübəsinin artıq olması üstünlükdür);
- MS Offise – Word və Excel proqramlarından sadə, istifadəçi səviyyəsində bilməli;
- Azərbaycan dilini sərbəst bilməli;
- Həqiqi hərbi xidmətini başa vurmuş olmalı;
- Məhkumluğu olmamalı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Boy: minimum 170 sm,
- Yaş həddi: 24-35 yaş;
Peşəkar tələblər:
- Mühafizə qaydalarını bilməli;
- Yanğnsöndürmə, fövqəladə hallar, xilasetmə üzrə təhlükəsizlik qaydaları barədə biliklərə malik olmalı;
- Nəzakətli və səlist nitq qabiliyyətinə malik olmalı;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı olmalı;
- Cəld və öyrənməyə açıq olmalı;
Göstərilən tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək karyera portalı üzərindən və ya CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühafizəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.