Abşeron Logistika Mərkəzi Abşeron Logistika Mərkəzi
  • 237

Abşeron Logistika Mərkəzi

Peşəkar xidmətlər , Hava yükləri və logistika

Sahə həkimi (Tibb işçisi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə həkimi (Tibb işçisi)

  • Deadline 28 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi vəzifə öhdəlikləri:

  • Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq;
  • Şirkətin təlimatlarını dəqiq yerinə yetirmək;
  • İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək;
  • İşçilərin fiziki iş qabiliyyətinin bərpa edilməsinə yardım etmək;
  • Yaralanmış işçilərə sarğıların qoyulması və dəyişdirilməsi;
  • Müntəzəm olaraq işçilərin sağlamlığını müayinə etmək;
  • Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində tələblərə uyğun saxlayıb, xəstələrə təyinata uyğun vermək;
  • Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və dərmanların istifadə müddətlərinə nəzarət etmək,yenilənməsini təmin etmək;
  • Müvafiq kurator və SƏTƏM işçisi tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Ali tibbi təhsil və ya tibbi kollec;
  • Son 3 ildə müvafiq sahədə iş təcrübəsi;
  • Tibbi yardım göstərmək üçün setifikat və ya vəsiqə;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Hərbidə adiyyatı sahə üzrə təcrübə olması üstünlükdür.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sahə həkimi (Tibb işçisi)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly285
  • Monthly2884