Abşeron Logistika Mərkəzi Abşeron Logistika Mərkəzi
  • 1.4K

Abşeron Logistika Mərkəzi

Peşəkar xidmətlər , Hava yükləri və logistika

SƏTƏM üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə mütəxəssis

  • Deadline 1 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəz ərazisində əməyin mühafizəsi, ətraf mühit və texniki təhlükəsizliklə bağlı proseslərə nəzarət etmək və dövri yoxlamaların aparılması;
  • Yeni işə qəbul edilən əməkdaşlara və Mərkəz ərazisinə daxil olan qonaqlara Giriş təlimatının keçirilməsi;
  • İş zamanı mümkün zədələnmə risklərinin analizi, qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların icrasına nəzarətin həyata keçirilməsi;
  • Bina, qurğu, texnika və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması proseslərində iştirak etmək;
  • Mərkəzdə işçi heyətinin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması prosesinin təşkili;
  • İş zamanı baş vermiş qəza və ya bədbəxt hadisələrin araşdırılması proseslərində iştirak etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik proseslərinin təmini üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqların tənzimlənməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması proseslərində iştirak,
  • Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

Namizədə qarşı tələblər:

  • Ali təhsil - (Texniki sahə üzrə);
  • Müvafiq sahə üzrə 2- 3 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə yerli və ya beynəlxalq Sertifikatlarının olması üstünlükdür;
  • MS Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.CV-lərin qəbulu üçün son tarix 05 yanvar  2025-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly416
  • Monthly1681