Əmək funksiyaları
- “Abşeron Ticarət Mərkəzi” MMC-nin (bundan sonra “Cəmiyyət” adlandırılacaq) layihələrinin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media, rəqəmsal reklamlar, açıq hava və qapalı məkan reklamları, çap və media kampaniyalarını planlaşdırmaq və icrasını təmin etmək;
- Marketinq sahəsində əməkdaşlıq ediləcək kreativ agentlikləri seçmək, müqavilələri bağlamaq və onların fəaliyyətinə nəzarət etmək;
- Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasını hazırlamaq, icrasını və effektivliyini təhlil etmək;
- Brendin bazardakı mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə marketinq kommunikasiyalarının effektiv və uyğun formada icrasına nəzarət etmək;
- Sosial media platformalarında (Facebook, Instagram, TikTok, Linkedin, YouTube və s.) brendin tanıtım strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Reklam, çap, tədbir təşkili, dizayn və digər marketinq xidmətləri göstərən tərəfdaş şirkətlərlə əməkdaşlığın qurulmasını təşkil etmək və əlaqələri səmərəli şəkildə idarə etmək;
- Marketinq kommunikasiyaları üçün ayrılmış büdcənin səmərəli idarə edilməsini təmin etmək və investisiya qaytarılışının (ROI) maksimuma çatdırılmasını təmin etmək;
- Bütün reklam və kommunikasiya fəaliyyətlərinin nəticələrini təhlil etmək və optimallaşdırma məqsədi ilə inkişaf strategiyaları təklif etmək;
- Cəmiyyət daxilində və ictimaiyyətlə əlaqələrin effektiv idarə olunmasına dəstək göstərilmək;
- Rəqib fəaliyyətlərinin və bazar trendlərinin mütəmadi təhlili, innovativ marketinq yanaşmalarının tətbiqi üçün təkliflər hazırlanmaq;
- İdarəetmə orqanı tərəfindən müəyyən edilmiş aralıqlar üzrə və tələb olunduğu təqdirdə hesabatların hazırlanmasının təşkil və təqdim edilməsini təmin etmək;
- Cəmiyətdə tətbiq olunan korporativ xarici görünüş qaydalarına riayət etmək və münasib davranışlara əməl etmək;
- Yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət etmək;
- Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək və intizam qaydalarına və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.